Sizi "Boyanmamış yun iplərdən xalçatoxuma" üzrə ustad dərsinə dəvət edirik.

Əziz dostlar!

Sizi muzeyimizin formalaşmasında​ xidmətləri olmuş​ xalçaçı-rəssam, sənətşünas alim​ Cəfər Mücirinin doğum günü ilə əlaqədar keçiriləcək boyanmamış yun iplərdən xalçatoxuma üzrə ustad dərsinə dəvət edirik.​

Ustad dərsi 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.​

Xüsusi vurğulayaq ki,​ ilk dəfə​ xalçalarında​ boyanmamış yun ipdən​ istifadə edən​ rəssam​ C.Müciri​ olub. Onun muzeyimizdə saxlanılan məşhur əsərlərindən biri XVII əsrin böyük şairi Saib Təbriziyə həsr etdiyi təbii rəngli, müxtəlif çalarlı yun iplərdən toxunmuş xalçadır.

Ustad dərsinə qatılmaq istəyənlərdən öncədən qeydiyyatdan keçmələri xahiş olunur.​

https://forms.gle/Kygtg9afG6yqSysN8

Azərbaycan Milli Xalça Muzeyi

17 mart 2023-cü il, saat 16:00