“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində çətən üzrə mühazirə və ustad dərslər

11 fevral 2017-ci il tarixində Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərs keçirilib.

İlk olaraq, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı Taryer Bəşirovun və Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizovanın “Çətən dünyanı gəzər, yurdumu bəzər” adlı mühazirələri dinlənilib. Mühazirədə bu sənətin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası, məişətdəki rolu, həmçinin çətən sənətinin avropa ölkələrinə gəlişi, müasir dövrdə ona olan təlabatın artma səbəbi haqqında iştirakçılara ətraflı məlumatverilib.

Daha sonra iştirakçılara Taryer Bəşirov və Muzeyin ənənəvi texnologiyalar şöbəsinin aparıcı elmi işçisi Günay Əhmədova tərəfindən ustad dərslər keçirilib.

Qeyd edək ki, ustad dərslər fevral ayının 12-dək davam edəcək.