Çini, şüşə, ağac, kağız

Muzeyin “Çini, şüşə, ağac, kağız” kolleksiyası 2306 eksponatdan ibarətdir. Eksponatlar əsasən XIX əsrin əvvəli-XX əsrin sonuna aiddir. Kolleksiyanın ən qədim eksponatları Naxçıvanın Kültəpə ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış Tunc dövrünə aid keramik məmulatlardır. Antik dövr (e.ə. IV-b.e III əsrlər) məmulatlarına Mingəçevir, Şəki, Qax, Şamaxı və Oğuzdan tapılmış arxeoloji tapıntılar daxildir. Bundan əlavə, kolleksiyada orta əsrlərə aid Culfa, Bərdə, Şamaxı və Bakıda Şirvanşahlar sarayından tapılmış nadir sənətkarlıq nümunələri saxlanılır.

Kolleksiyada Kuznetsov fabrikinin istehsalı olan çini məmulatlar və müasir ağac,şüşə və keramik məhsullardır. Kolleksiyanın ən qiymətli hissələrindən biri də Azərbaycan Xalq Rəssamı Lətif Kərimova məxsus müəllif xalçalarının eskizləri, milli xalça motivlərinin qrafik cədvəli və kompozisiyalardır.