Maarifləndirici proqramlar


  • Özün rənglə (4-12 yaş)

    Oyun zamanı iştirakçılara dekorativ-tətbiqi sənət nümunələri təsvir olunmuş vərəqlər təqdim olunur. İştirakçılar həmin nümunələri rəngləməklə onlar haqqında məlumat əldə edirlər.

  • Nəslin nəvəsi (10-16 yaş)

    Proqram zamanı iştirakçılar ekspozisiyada sərgilənən hər hansı bir eksponatın fotoşəklini çəkməli və muzey daxilində (kitabxana, mütəxəssislər vasitəsilə) həmin eksponat haqqında məlumat toplayaraq öz məruzəsini hazırlamalıdır.

  • Xalça pazlları (8-15 yaş)

    Proqram zamanı 5 nəfərdən ibarət qrup xalçanın fotoşəkli əsasında pazlları birləşdirərək xalça yaradır.

  • Öz xalçanı yarat (7-13 yaş)

    İştirakçılar komputer proqramında müxtəlif naxışlardan istifadə etməklə öz xalça kompozisiyalarını yaradırlar.