Əvvəlki mühazirələr


  • 11

    Mar,17

  • “Novruz ənənələri”

    Mar 11,2017

    Əziz dostlar! Azərbaycan Xalça Muzeyi Sizi “Novruz ənənələri” mühazirəsinə dəvət edir. Mühazirəçi – Bakı Dövlət Universitetinin professoru, tarix üzrə elmlər doktoru Şirin Bünyadovadır. Mühazirədə Novruz bayramının yaranma tarixi və Novruz adət-ənənələrindən bəhs ediləcək.

  • 14

    Yan,17

  • “Azərbaycan xalçaçılığında bədii təfəkkür və ornament motivlərinin semantikasının varisliyi”

    Yan 14,2017

    Cari ilin 14 yanvar tarixində Azərbaycan Xalça Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun “Azərbaycan xalçaçılığında bədii təfəkkür və ornament motivlərinin semantikasının varisliyi” mövzusunda mühazirə təşkil olundu.

  • 07

    Yan,17

  • “Keçə sənətinin tarixi”

    Yan 07,2017

    7 yanvar 2017-ci il tarixində Azərbaycan Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, keçəçi rəssam Rauf Əbdülhüseyn oğlu tərəfindən “Keçə sənətinin tarixi” mövzusunda mühazirə keçirildi.

  • 09

    Dek,16

  • “Əşyaların toplanması, hekayələrin danışılması”

    Dek 09,2016

    9 dekabr 2016-cı il tarixindəAzərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurası və Beynəlxalq Təlim Mərkəzi (ICOM-ITC) tərəfindən Pekində (Çin Xalq Respublikası) keçirilən təlim-seminarda iştirak etmiş Azərbaycan Xalça Muzeyinin əməkdaşı Rəma Zeynalovanın “Əşyaların toplanması, hekayələrin danışılması” adlı mühazirəsi keçirilib.