İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisinin açılış mərasimi keçirildi

Cari ilin 14 aprel tarixində Azərbaycan Xalça Muzeyində Azərbaycanın əməkdar rəssamı İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisinin açılış mərasimi keçirildi. Sərgidə 48 ədəd batika nümunəsi təqdim olundu. Bu əsərlər rəssamın isti və soyuq batika texnikaları ilə yaratdığı “Simurq” və “Təsadüf” silsilələrindən olan rəsm nümunələridir.

Açılış mərasimində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA müxbir üzvü, professor Ərtəqin Salamzadə, Azərbayca Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor, Azərbaycanın əməkdar xadimi Afaq Məmmədova sərgi ilə bağlı öz təəsüratları ilə bölüşdülər.

Sonra Azərbaycanın əməkdar rəssamı İnna Kostina qonaqlara öz təşəkkürünü bildirdi və sərgini açıq elan etdi və Ərtəqin Salamzadə ilə sərginin rəmzi açılışını bildirən lenti kəsdilər. Dəvət olunmuş qonaqlar sərgi ilə tanış oldular.

 

Sərgi 2 may tarixinədək davam edəcək.

Daha ətraflı məlumat: 

www.azcarpetmuseum.az

www.facebook.com/AzerbaycanXalcaMuzeyi/

Tel.(+99412) 497 20 16