Zoomorf dəstəkli küpün tarixi

Dəyərli dostlar! 
 
Biz 2020-ci ildə maraqlı mövzular və məruzəçilərlə  “Bir eksponatın tarixi” layihəsini davam etdiririk. Yeni ildə ilk qonağımız AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı olacaq. Mütəxəssis muzeyin kolleksiyasındakı nadir eksponatın - zoomorf dəstəkli küpün tarixindən danışacaq.
 
Azərbaycan dilində aparılacaq mühazirəyə hər biriniz dəvətlisiniz.
 
Azərbaycan Milli Xalça Muzeyi
18 yanvar 2020-ci il, saat 14:00
Giriş sərbəstdir