“Azərbaycan xalq rəqs sənətində tarixi, etnoqrafik, etik və estetik meyarların təcəssümü”

Əziz dostlar!
Azərbaycan Milli Xalça Muzeyi sizi “Azərbaycan xalq rəqs sənətində tarixi, etnoqrafik, etik və estetik meyarların təcəssümü” mövzusunda mühazirə dinləməyə dəvət edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Atakişiyevanın təqdim edəcəyi mühazirədə xalq rəqslərinin tarixinə dair maraqlı faktlar açıqlanacaq. O, rəqs sənətinin insan həyatındakı rolundan, incəsənətin və xalq yaradıcılığının digər sahələri ilə əlaqəsindən söhbət açacaq. Kəmalə Atakişiyeva  xalq rəqslərinin zəngin obrazlar aləmi və görkəmli rəqs ustaları haqqında da dəyərli məlumatlar verəcək. Bir sözlə, zamanını səmərəli keçirmək istəyən hər həs mühazirəyə qatıla bilər.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Milli Xalça Muzeyi
22 fevral 2020-ci il, saat 14:00
Giriş sərbəstdir.