Azərbaycan Milli Xalça Muzeyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.
 
İnanırıq ki, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, xalqımızın həmrəyliyi, hər bir vətəndaşın məsuliyyətli davranışı sayəsində ölkəmizdə bu virusun geniş miqyasda yayılmasının qarşısı alınacaq.