Xalça “Cəbrayıl”

Bu gün rəşadətli Azərbaycan Ordusunun Cəbrayılı erməni işğalından azad etdiyi tarixdən 2 il ötür. Xoşbəxtik ki, qəhrəman oğullarımızın şücaəti sayəsində üçrəngli şanlı bayrağımız bu müqəddəs torpaqda dalğalanır.

Belə sevincli gündə xalqımıza sülh, əmin-amanlıq və işıqlı gələcək arzulayır və sizə muzeyimizin kolleksiyasından “Cəbrayıl” xalçasını təqdim edirik.

Xalça “Cəbrayıl”. Cəbrayıl qrupu, Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Yun. Xovlu, əl işi. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası