Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VIII Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Xalça Muzeyi də təmsil olunur

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VIII Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Xalça Muzeyi də təmsil olunur.

Burada muzeyin son illərdə çapdan çıxmış dəyərli nəşrləri nümayiş etdirilir. Sərgi müddətində muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən uşaqlar və yeniyetmələr üçün müxtəlif kukla tamaşaları göstəriləcək, oxu saatı, suvenir xalçanın hazırlanması, xovsuz xalça şəddənin toxuması, dekorativ oyuncaqların düzəldilməsi, böyüklər üçün isə xalça toxuma, xalça eskizlərinin hazırlanması üzrə maraqlı ustad dərsləri keçiriləcək. Həmçinin ziyarətçilərə dəzgahda boyanmamış təbii saplardan xalça toxuma prosesi təqdim olunacaq.

Oktyabrın 7-də isə muzeyin Ənənəvi texnologiya şöbəsinin müdiri Əfşan Rzayevanın müəllifi olduğu, görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun həyat və yaradıcılığına həsr olunmuş “Ömrün zirvələri” adlı xalçanın təqdimatı keçiriləcək.

Oktyabrın 9-dək davam edəcək sərgidə hər birinizi Azərbaycan Milli Xalça Muzeyinin stendinə dəvət edirik.

5-9 oktyabr saat 12:00 – Xalça eskizlərinin hazırlanması üzrə ustad dərsi

5, 7, 9 oktyabr saat 16:00 - “Uçan xalça” marionet teatr tamaşası

6, 8 oktyabr saat 16:00 - “Məlikməmmədin nağılı” marionet teatr tamaşası

5-9 oktyabr saat 15:00 – Oxu saatı (“Uçan xalça”, “Xarı Bülbül”, “Bağçada güllər” nağılları)

7 oktyabr saat 14:00 - "Ömrün zirvələri" xalçasının təqdimatı