Qobur

Əziz dostlar,

2022-ci ildə muzeyimiz üçün Xalq rəssamı, görkəmli xalçaşünas-alim, dünyada ilk xalça muzeyinin banisi Lətif Kərimovun şəxsi kolleksiyasından bir neçə əşya satın alınmışdır. Onların arasında ötən əsrlərdə Azərbaycan kişilərinin istifadə etdiyi tapança qabı – qobur da vardır. Adətən, xanımlarımız tərəfindən belə qabların üzəri müxtəlif gözoxşayan tikmələrlə zəngin bəzədilirdi. Təqdim olunan gözəl bədii tərtibata malik bu nümunə güləbətin texnikasında nəbati ornamentlərlə işlənilmişdir.

Qobur. Gəncə, Azərbaycan. XIX əsr. Məxməx, dəri. Güləbətin. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası