Kamil Əliyevin “Butalı” xalçası

Əziz dostlar!
İndi isə sizə Kamil Əliyevin “Butalı” xalçasını təqdim edirik.
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında saxlanılan Kamil Əliyevin müəllifi olduğu ornamental “Butalı” xalçası Təbriz qrupunun ənənələrində toxunub. Xalçanın kompozisiya həllində sadə nəbati ornament formalarının butanın rəvan xətləri ilə qarşılıqlı əlaqəsindən uğurla istifadə edilib. Bu ornamentin bədii həllində ona zəriflik, dəqiqlik və incəlik bəxş edən qrafik başlanğıc durur. Koloristik ifadəliliyə oxra, sürməyi və qəhvəyi rənglərin uyğunlaşdırılması ilə nail olunur.
Xalça “Butalı”. Azərbaycan. Müəllif: K.Əliyеv. 1985-ci il.
Əriş, arğac – pambıq, xov – yun. İnv. № 6712