Xalça “Ov səhnəsi”
Xalça “Ov səhnəsi”. Müəllif: Məmmədhüseyn Hüseynov. Azərbaycan. 1995
Əriş, arğac-pambıq, xov-yun. İnv. № 9341
Məmmədhüseyn Hüseynov bu xalçanı “Ov səhnəsi” miniatürü əsasında yaratmışdır. Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmmədin “Şah ovu” (1549) diptixində verilən təsvirlər Ə.Caminin “Qızıl zəncir” əlyazması əsasında çəkilmişdir. Müəllif də məhz miniatürün sol tərəfində təsvir olunan ov səhnəsini xalçada ilmələr vasitəsilə əks etdirmişdir. Ara sahə miniatür əsasında tərtib olunsa da, haşiyələr rəssamın öz yaradıcılıq təxəyyülünün bəhrəsidir. Ara sahə və haşiyələrdəki təsvirlər və rəng koloriti bir-birini harmonik surətdə tamamlayır. Haşiyədə verilən “S”-vari əjdaha təsvirinin yaşıl rəngdə olması onun təbiətin qoruyucusu olduğuna işarədir. Belə ki, o, ceyranı udmayaraq onu şanagülləyə (lotos)-təbiətə bəxş edir.