Özbəkistanın Mədəniyyət naziri Ozodbek Əhmədoviç Nazarbekov rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.

Özbəkistanın Mədəniyyət naziri Ozodbek Əhmədoviç Nazarbekov rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.  Qonaqları muzeyin direktoru Şirin Məlikova qarşılayıb və onları ekspozisiya ilə, o cümlədən “Zərgərlik” fondu ilə tanış edib. Şirin xanım onlara muzeyin tarixi, kolleksiyaları, xüsusən zəngin milli irsimiz sayılan Azərbaycan xalça sənəti, xalça məmulatları barədə  məlumat verib. O, son illər muzeyin kolleksiyasının zənginləşdirilməsi, inklüzivliklə bağlı layihələr, beynəlxalq əlaqələr və s. sahələrdə qazandığı uğurları diqqətə çatdırıb.
 
Nümayəndə heyəti zəngin maddi-mədəni irsimizlə tanışlıqdan məmnunluqlarını ifadə ediblər. Özbəkistanın Mədəniyyət naziri Ozodbek Əhmədoviç Nazarbekov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
 
Qeyd edək ki, nazir Ozodbek Əhmədoviç Nazarbekov “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Beynəlxalq Foruma qatılmaq üçün ölkəmizə səfərə gəlib.