Nino Kipşidzenin “Varlığın fraqmentləri” sərgisi çərçivəsində tələbələrlə görüşü keçirilib.

Nino Kipşidzenin “Varlığın fraqmentləri” sərgisi çərçivəsində tələbələrlə  görüşü keçirilib. Görüşə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sabah qruplarında təhsil alan rəssamlar və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin  bakalavr və magistr pilləsində təhsil alan rəssam və sənətşünas tələbələr, həmçinin müəllimlər qatılıb.
 
 Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Nino Kipşidzenin keçdiyi yaradıcılıq yolu və əsərlərinə xas olan səciyyəvi xüsusiyyətlər, sərgilənən tekstil panolların mükəmməl kompozisiyası, gözəl rəng ahəngi haqqında danışıb. Qeyd edib ki, müasir Gürcüstan incəsənətində tekstil sənəti Nino Kipşidzenin əsərləri ilə yeni həyat qazanıb. Sonra görüş iştirakçıları rəssamın müşayiəti ilə ekspozisiyaya tamaşa edib, onları maraqlandıran sualları müəllifə ünvanlandırıb və sərgidən aldıqları təəsüratı bölüşüblər.