Xalça “Salyan Xiləsi”
Xalça “Salyan Xiləsi”. Şirvan. Azərbaycan. XIX əsr. Əriş, arğac-pambıq, xov-yun.110x331sm. İnv. № DDK-9389
Xalça mərhum kolleksiyaçı Qrover Şiltsin xanımı Beverli Şilts tərəfindən muzeyimizə hədiyyə edilmişdir.
Xalça Şirvan xalça mərkəzinin ən gözəl nümunələrindən biri hesab edilir. Xalçanın kompozisiyası ara sahə və haşiyələrdən ibarətdir. Tünd sürməyi yerlikli ara sahə şaquli istiqamətdə tək göl sistemi əsasında tərtib olunmuşdur. Burada üç ədəd həndəsi formalı “Oxbaşı” gölü verilmişdir. Göllərin arası və ümumilikdə ara sahə şux rəngli həndəsi və nəbati elementlərlə bəzədilmişdir. Xalçanın ana haşiyəsi “məşəl” adlı element əsasında tərtib olunmuşdur ki, bu da xalçaya öz növbəsində xüsusi baxımlılıq bəxş edir. Bala haşiyələr “mollabaşı”, “yer” və “su” adlı lentvari elementlərlə əhatələnmişdir. Xalça bütünlükdə Şirvan xalçalarına xas olan çox ahəngdar rəng koloritində toxunmuşdur.