Sizi “Qədim ornamentlərin yaranma tarixi” adlı mühazirəyə dəvət edirik.
Əziz dostlar!
Sizi “Qədim ornamentlərin yaranma tarixi” adlı mühazirəyə dəvət edirik. Mühazirə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov tərəfindən təqdim olunacaq. Naxışlarımızın mənşəyi və ilk mərhələli təsvir motivlərinin inkişafı barədə maraqlı məlumatlar əldə etmək, bu mövzuda suallarınıza cavab almaq istəyirsinizsə, sizin üçün yaradılan bu fürsəti qaçırmayın.
Pandemiya şəraiti ilə əlaqədar yerlər məhduddur. Bunu nəzərə alaraq, aşağıdakı linkə daxil olmaqla öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.
https://forms.gle/ipTzCNM1F7gcvUou5
Azərbaycan Milli Xalça Muzeyi
11 dekabr 2021-ci il, saat 16:00