Yeni ildə “Həftənin sualı” rubrikasını davam edirik.

Əziz dostlar,
Yeni ildə “Həftənin sualı” rubrikasını davam edirik. Təqdim edilən suala ilk düzgün cavabı verən şəxsə muzeyimizin ekspozisiyası ilə tanışlıq üçün iki nəfərlik bilet və ekskursiya hədiyyə olunacaq.

Sual: ötən il muzeyimizin Ənənəvi texnologiya şöbəsində 2020-ci il Vətən Müharibəsində Qələbəyə həsr olunmuş “Zəfər” xalçası toxunmuşdur.

Xalçadakı hər bir element həm ölkəmiz, həm də bu hadisə ilə bağlı müəyyən məna kəsb edir. “Yallı” rəqsinin stilizə olunmuş təsviri olan zolaq nəyi simvolizə edir?