Muzeyimizdə bu dəfə “İnanclardan qaynaqlanan ornamentlər” mövzusunda mühazirə keçirilib.
Muzeyimizdə bu dəfə “İnanclardan qaynaqlanan ornamentlər” mövzusunda mühazirə keçirilib. Mühazirə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Azərbaycan Milli Xalça Muzeyinin eksperti, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov tərəfindən təqdim olunub. Mütəxəssis iştirakçılara xalqımızın inanc sistemindən söhbət açıb. O, həmçinin din və inancların naxış yaradıcılığına təsirindən ətraflı bəhs edib.