Xalça “Əyan məclisi”.
Əziz dostlar, Muzeyimizin kolleksiyasında ornamental xalçalarla yanaşı, süjetli xalçalar da qorunub saxlanılır. Belə xalçalardan biri Şuşada toxunmuş “Əyan məclisi” adlı xalçadır. Bizim kolleksiyamızda olan bu cür süjetli xalçaların çox hissəsinin XX əsrin I rübündə toxunması həmin vaxtda onların dəbdə olmasına dəlalət edir. Bu növ xalçaların maraqlı cəhətlərindən biri odur ki, onların üzərində toxunduğu tarix və klassik ədəbiyyat nümunələrindən beytlər qeyd olunmasıdır.
Xalça “Əyan məclisi”. Qarabağ, Azərbaycan. 1333-cü il hicri / 1912-ci il. Əriş, arğac – yun, pambıq; xov – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası