Muzeyimizdə böyük uğurla keçirilən məşhur gürcü rəssamı Nino Kipşidzenin “Varlığın fraqmentləri” adlı sərgisi başa çatdı.
Muzeyimizdə böyük uğurla keçirilən məşhur gürcü rəssamı Nino Kipşidzenin “Varlığın fraqmentləri” adlı sərgisi başa çatdı. Sənətkar burada nümayiş olunan oturtma tikmə texnikasında yaratdığı əsrarəngiz pannolarından birini – “Görüş” əsərini muzeyimizə hədiyyə etdi.
Öz yaradıcılığı ilə gürcü tekstil sənətinin qədim ənənələrini yaşadan istedadlı rəssama dəyərli hədiyyəyə görə minnətdarlığımızı bildirir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
“Görüş”. Müəllif: Nino Kipşidze. 2021. Parça, eksplikasiya