Azərbaycan Milli Xalça Muzeyi sizi “Rəngarəng qobelen dünyası” sərgisi çərçivəsində keçiriləcək qobelen üzrə ustad dərslərinə dəvət edir.

Əziz dostlar!

Azərbaycan Milli Xalça Muzeyi sizi “Rəngarəng qobelen dünyası” sərgisi çərçivəsində keçiriləcək qobelen üzrə ustad dərslərinə dəvət edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakultəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi Tamilla Abdullayeva tərəfindən 5, 6, 12, 13, 19, 20 fevral tarixlərində təqdim olunacaq dərslərdə iştirakçılar qobelen üzrə eskiz hazırlamağı və onun əsasında qobelen toxumağı öyrənəcəklər. Bunu nəzərə alaraq, ustad dərslərinə ardıcıl şəkildə qatılmaq mütləqdir. Dərslər üçün bütün ləvazimatlar muzey tərəfindən təmin ediləcək.

Ustad dərsləri 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Yerlər məhdud olduğundan öncədən qeydiyyatdan keçməyinizi xahiş edirik: https://forms.gle/gPPWLnC3tJmUsqce9

Azərbaycan Milli Xalça Muzeyi

5, 6, 12, 13, 19, 20 fevral 2022-ci il, saat 16:00