Tamilla Abdullayeva tərəfindən təqdim olunan ilk ustad dərsində iştirakçılar qobelen üzrə eskiz hazırlamağı öyrəniblər
Azərbaycan Milli Xalça Muzeyində “Rəngarəng qobelen dünyası” sərgisi çərçivəsində 18 yaşdan yuxarı şəxslər üçün ustad dərsi keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakultəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi Tamilla Abdullayeva tərəfindən təqdim olunan ilk ustad dərsində iştirakçılar qobelen üzrə eskiz hazırlamağı öyrəniblər. Onlar 6, 12, 13, 19, 20 fevral tarixlərində keçiriləcək növbəti dərslərdə isə hazırladıqları eskiz əsasında qobelen toxuyacaqlar