Muzeyimizdə “Rəngarəng qobelen dünyası” sərgisi çərçivəsində ustad dərsləri davam edir.
Muzeyimizdə “Rəngarəng qobelen dünyası” sərgisi çərçivəsində ustad dərsləri davam edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakultəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi Tamilla Abdullayeva tərəfindən təqdim olunan budəfəki ustad dərsində iştirakçılar ötən dərslərdə hazırladıqları eskizlər əsasında qobelen toxuyublar. Qeyd edək ki, növbəti dərslər 13, 19, 20 fevral tarixlərində keçiriləcək.