Bu gün yurdumuzda baharın və Novruzun ilk müjdəçilərindən olan Su çərşənbəsi qeyd olunur.
Əziz dostlar,
Bu gün yurdumuzda baharın və Novruzun ilk müjdəçilərindən olan Su çərşənbəsi qeyd olunur. Müqəddəs su ünsürünə tapınma ilə bağlı olan bu çərşənbədə ta qədimdən insanlarımız müxtəlif ayinlər həyata keçirirdilər. Su çərşənbəsi azar-bezardan qurtulmaq üçün axar su üzərindən tullanmaq, arzu və istəkləri suya danışmaq, gün doğmamış suya getmək, təmizlik işləri aparmaq, su ilə bağlı alqışlar etmək və digər çoxsaylı inanclarla müşayiət olunur.
Su çərşənbəniz mübarək! Ömrünüz sucan olsun!
Azərbaycan xalçalarında da su ünsürü müxtəlif naxışlarda öz əksini tapmışdır. Bu gün sizə təqdim etdiyimiz Qazaxın məşhur “Şıxlı” xalçasında cənnət bağı təsvir olunub. Buradakı “göl”lər su hovuzunu və içərisində üzən quşları təcəssüm etdirir.
Хalça “Şıхlı”. Qazaх, Azərbaycan. ХХ əsrin əvvəli. Əriş, xov – yun, arğac – pambıq. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası