Azərbaycan Milli Xalça Muzeyində Tamilla Abdullayevanın “Rəngarəng qobelen dünyası” fərdi sərgisi çərçivəsində keçirilən qobelen üzrə ustad dərslərini uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim olunub. 

Ustad dərsləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakultəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi Tamilla Abdullayeva tərəfindən 5,6,12,13,19,20 fevral tarixlərindəkeçirilib. İştirakçılar bu müddət ərzində qobelen üzrə eskiz hazırlamağı və onun əsasında qobelen toxumağı öyrənərək bir-birindən maraqlı nümunələr hazırlayıblar.