Azərbaycan Milli Xalça Muzeyində “Tirməsayağı” xalçası qədim ənənələrə uyğun hanadan kəsiləcək.
Əziz dostlar,
1 mart 2022-ci il, saat 15:00-da Azərbaycan Milli Xalça Muzeyində “Tirməsayağı” xalçası qədim ənənələrə uyğun hanadan kəsiləcək. Azərbaycanın Xalq rəssamı Kamil Əliyevin eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş bu xalça məşhur rəssamın 100 illik yubiley tədbirləri çərçivəsində ərsəyə gəlmişdir.
Görkəmli xalçaçı-rəssam Kamil Əliyevin anım günündə xalça ənənələrini yaşadan bu mərasimə hər birinizi qatılmağa dəvət edirik.