Sizi “Azərbaycanın qədim incəsənətində astral rəmzlər (tunc dövründən – antik dövrə qədər)” adlı mühazirəyə dəvət edirik
Əziz dostlar!
Sizi “Azərbaycanın qədim incəsənətində astral rəmzlər (tunc dövründən – antik dövrə qədər)” adlı mühazirəyə dəvət edirik. Mövzu ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakultəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva mühazirə oxuyacaq. O, Azərbaycan ərazisində tapılan bir çox keramik və metal əşyaların üzərindəki müxtəlif astral rəmzlər və onların semantik mənaları barədə məlumat verəcək.
Yerlər məhdud olduğu üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:
https://forms.gle/xRsHvDVEMVbvZ4NbA
Azərbaycan Milli Xalça Muzeyi
5 mart 2022-ci il, saat 16:00