Əməkdar rəssam, muzeyimizin eksperti Məmmədhüseyn Hüseynovun yaradıcılığı haqqında söhbətimizə istedadlı rəssamın qrafik rəsmləri ilə davam edirik.
Əziz dostlar,
Əməkdar rəssam, muzeyimizin eksperti Məmmədhüseyn Hüseynovun yaradıcılığı haqqında söhbətimizə istedadlı rəssamın qrafik rəsmləri ilə davam edirik. Onun təsviri sənətin bu növündə yaratdığı əsərlər, əsasən akvarel və tuş-pero texnikasında icra edilmişdir. Rəssamın qrafik lövhələrində doğulub boya-başa çatdığı Neftçala rayonunun mənzərələri üstünlük təşkil edir. Rəssam, həmçinin dəniz, qollu-budaqlı, şaxələnmiş ağac və qürub mənzərələrini təsvir etməyi çox sevir. Bu əsərlər şəffaf rəng çalarları, hər bir mənzərəyə uyğun özünəməxsus koloritlə işlənməklə lirik və emosional əhval-ruhiyyə ilə seçilirlər.