Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Qonağı muzeyin direktoru Şirin Məlikova qarşılayaraq, ona bu mədəniyyət ocağının tarixi, fəaliyyəti, zəngin kolleksiyaları barədə ətraflı məlumat verib. Azərbaycan xalça sənətinin qorunub saxlanıldığı və inkişaf etdirildiyi muzeyin reallaşdırdığı önəmli layihələrdən, gələcək planlardan danışıb.
Maddi-mədəni irsimiz olan xalçalarımız, eyni zamanda ekspozisiyadakı digər dəyərli sənət nümunələri qonaqda böyük maraq doğurub.
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç muzeyin xatirə kitabına ürək sözlərini yazaraq, Azərbaycanın müxtəlif tarixi dövrlərinə və məkanlarına bu gözəl səyahətdən böyük zövq aldığını və göstərilən diqqətdən şərəf duyduğunu vurğulayıb. Qeyd edib ki, xalçaların onları yaradan, həmçinin gündəlik həyatlarında istifadə edən insanların hekayələrindən bəhs etməsi bu əsərlərin son dərəcə zəngin irs olduğunu göstərir.