Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun yaradıcılığının xüsusi qolunu təşkil edən rəngkarlıq əsərləri.

Əziz dostlar,

Bugünkü söhbətimiz Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun yaradıcılığının xüsusi qolunu təşkil edən rəngkarlıq əsərləri haqqındadır. Gözəl kolorit duyumuna malik rəssamın rəngkarlıq qalereyasına nikbin və parlaq rənglərlə işlənmiş, sanki təravətli hava ilə dolu olan müxtəlif mövzulu mənzərələr, çiçəklərlə işlənmiş natürmortlar, hiperrealistik əsərlər daxildir. M.Hüseynov özünü dekorativ rəngkarlıq sahəsində də bacarıqla sınayır. Bu əsərlərində əsas dekorativ element kimi Azərbaycan xalçalarından istifadə olunur. O, xalça sənəti və klassik rəsm ənənələrini peşəkarlıqla rəngkarlıq əsərlərinə tətbiq edir. Şərq və Qərb sənətinin uğurlu sintezi bu əsərlərin əsas bədii xüsusiyyətlərindəndir.