Xalça “Yeni Xətai”. Müəllif: Məmmədhüseyn Hüseynov. 1998. Əriş, arğac – pambıq, xov – yun. Şəxsi kolleksiya

Əziz dostlar,

Muzeyimizin eksperti, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun yaradıcılığı haqqında növbəti söhbətimiz müəllifin “Yeni Xətai” xalçası ilə davam edir. Təqdim olunan xalça öz mənşəyini “Xətai” kompozisiyalı sumaxlardan götürmüşdür. Orijinal bədii quruluşa malik xalçada yeni və müxtəlif rəmzi naxışların sintezindən istifadə olunub. Ara sahədə “Xətai” qollarından təşkil olunmuş mücərrəd formalı insan obrazı verilmişdir. Onun ətrafındakı boşluqlar isə qədim türk kosmoqoniyasını ifadə edən müxtəlif naxışlarla tərtib edilmişdir. Xalçanın haşiyə qurşağı daraq formalı “qarmaqlı” adlı naxışlarla işlənib.

Xalça “Yeni Xətai”. Müəllif: Məmmədhüseyn Hüseynov. 1998. Əriş, arğac – pambıq, xov – yun. Şəxsi kolleksiya