Xalça “Sufi”. Müəllif: Məmmədhüseyn Hüseynov. 1996. Əriş, arğac – pambıq, xov – yun. Şəxsi kolleksiya
Əziz dostlar,
Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun müəllifi olduğu əsərlər haqqında söhbətimizi “Sufi” xalçası ilə davam etdiririk. Təqdim edilən xalça dini-fəlsəfi mahiyyətə malik olmaqla İslam rəmzləri ilə tərtib olunmuşdur. Ara sahədə kufi xətti ilə yaradılmış həndəsi naxış formasında “Ya Allah”, “Ya Məhəmməd” və digər “Əhli-Beyt” üzvlərinin adları yer almışdır. Bu yazılar dekorativ şəkildə işlənilmiş iki minarəni mərkəzində verilmişdir. Ara sahədə sufizmə xas olan şəriət, təriqət, mərifət, həqiqət məfhumlarını əks etdirən rəmzlərdən də, istifadə edilib. Xalçanın haşiyə qurşağında sufizmlə bağlı müxtəlif rəmzi naxışlarla tərtib edilmiş kətəbələr yer almışdır