Azərbaycanın qədim xalq sənəti olan xalçaçılığın sirlərinə yiyələnmək istəyirsinizmi?
Dəyərli dostlar!
Azərbaycanın qədim xalq sənəti olan xalçaçılığın sirlərinə yiyələnmək istəyirsinizmi? Cavabınız müsbətdirsə, Azərbaycan Milli Xalça Muzeyinin sizin üçün yaratdığı gözəl fürsətdən və imkanlardan mütləq yararlanın.
Sizin üçün təşkil olunan kurslarımızda muzeyin Ənənəvi texnologiya şöbəsinin mütəxəssislərindən xovlu, həmçinin unudulmaqda olan bütün növ xovsuz xalçatoxuma texnikalarını öyrənə bilərsiniz.
Hər biri 1,5 saat olmaqla 8 dərsdən ibarət kursun qiyməti 50 AZN-dir. 18 yaşdan yuxarı hər kəs üçün nəzərdə tutulan kursu bitirənlərə sertifikatlar təqdim olunacaq.
Ətraflı məlumat üçün əlaqə: (+994) 12-497-20-57