28 May – Müs­təqillik Günü

Əziz həmvətənlər!

Sizi tariximizin ən parlaq səhifələrindən olan 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu önəmli tarixdə müsəlman aləmində ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaradan tarixi şəxsiyyətlərin hər birinin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri əsasında XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən dövlətimizə sülh, əmin-amanlıq, rifah​ və​ suverenliyinin əbədi olmasını arzulayırıq. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi yolu ilə inamla irəliləyən azad, qüdrətli ölkəmizin hər bir vətəndaşına səadət, firavanlıq, xoş günlər diləyirik.