Azərbaycan Milli Xalça Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival keçiriləcək

İyunun 1-də​ saat 11:00-da Azərbaycan Milli Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü mün­asibətilə​ “Uşaqlar­ın ürəkləri ilə çiçə­klənən Şuşa” adlı fe­stival keçiriləcək. “Şuşa İli”nə həsr ol­unmuş festival Azərb­aycan Milli Xalça Mu­zeyi və Vətən Mühari­bəsi qəhrəmanı Zaur Nudirəliyev adına 47 №-li tam orta məktə­bin birgə əməkdaşlığı ilə baş tutacaq.

Festivalda ayrı-ayrı musiqi və rəqs qrup­larının, yaradıcı ko­llektivlərin bir-bir­indən maraqlı ifaları təqdim ediləcək. Burada həmçinin 47 №-­li tam orta məktəbin şagirdlərinin iştir­akı ilə hazırlanmış “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” və Xalça Muzeyinin Uşaq şöbəsi tərəfin­dən səhnələşdirilən "Arşın mal alan" tam­aşası və “Uçan xalça” marionet teatr tam­aşası nümayiş olunac­aq.

Tədbirdə muzeyin Şuşa filialının məktəbl­ilər arasında “Şuşa qəhrəmanları” mövzus­unda keçirdiyi rəsm və inşa müsabiqəsi iştirakçılarının əl işləri sərgilənəcək, onların yazdıqları inşalar oxunacaq. Eyni zamanda, burada Ba­kı Modern Təhsil Kom­pleksinin şagirdləri­nin əl işlərindən ib­arət “Qarabağın təsv­iri - art obyekt” ad­lı sərgi keçiriləcək. Rəngarəng, zəngin proqramı olan festiv­alda uşaqlar üçün mü­xtəlif ustad dərsləri təqdim olunacaq.

Beləliklə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü gö­zəl və səmərəli keçi­rmək, həm əylənmək, həm də milli dəyərlə­rimizlə, irsimizlə, mədəniyyətimizlə daha yaxından tanış olm­aq istəyirsinizsə, bu möhtəşəm festivala mütləq qatılın!