15 iyun - Milli Qurtuluş Günü
15 iyun istiqlaliyyətimizin, dövlətçiliyimizin qurtuluşu günü kimi Azərbaycan tarixinin parlaq səhifəsinə əbədi həkk olunub. Hakimiyyətə qayıdışı ilə xalqını bir bayraq altında birləşdirməyi bacaran ümummilli lider Heydər Əliyevin böyük iradəsi, uzaqgörən siyasəti sayəsində məhz həmin tarixdə ölkəmiz hərbi təcavüzdən, qardaş qırğınından xilas edilib. Daim xalqına arxalanan və xalqına arxa olan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev min bir əziyyətlə qazanılan müstəqilliyimizin qorunub saxlanılması, Azərbaycanın qüdrətli və möhkəm dövlətə çevrilməsi üçün müstəsna xidmətlər göstərib.
Əziz həmvətənlər, 15 iyun - Milli Qurtuluş Günü münasibətilə sizi ürəkdən təbrik edir, Vətənimizin daim çiçəklənməsini, müstəqilliyimizin əbədi, sarsılmaz olmasını arzulayırıq! Azad, suveren dövlətimizin firavan və parlaq gələcəyi naminə çalışan hər kəsə uğurlar diləyirik.