İyunun 6-da İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamill Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.

İyunun 6-da İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamill Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Muzeyin direktoru Şirin Məlikova ilə görüş zamanı səfir İsveç və Azərbaycan arasında bir çox sahələrdə yüksək səviyyədə qarşılıqlı əməkdaşlığın, o cümlədən mədəni əlaqələrin mövcud olduğunu və daha da inkişaf edəcəyinə inandığını deyib. Bunun üçün birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Kristian Kamill Azərbaycan Milli Xalça Muzeyinə tekstil tarixçisi Viveka Hansenin “Textilia Linnaeana: XVIII əsrin global tekstil ənənələri və ticarəti” (“Textilia Linnaeana: Global 18th Century Textile Traditions & Trade”) kitabını hədiyyə edib.
Şirin Məlikova səfir Kristian Kamillə Azərbaycan mədəniyyətinə göstərdiyi marağa, muzeyimizlə daim sıx əlaqədə olduğuna görə qonağa təşəkkürünü bildirib. Şirin xanım səfirin hədiyyə etdiyi qiymətli kitabın muzeyin kitabxanasında öz layiqli yerini tutacağını deyib.
Daha sonra onlar Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, ölkəmizin ilk ombudsmanı, professor Elmira Süleymanovanın Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə etdiyi “Ləmpə” xalçasına baxıblar.