İnna Kostinanın “Simurq”u
Azərbaycan Xalça Muzeyinin ən maraqlı müasir eksponatlarından biri, rəngkar və tətbiqi-sənət ustası İnna Kostinanın batika texnikasında işlədiyi pannodur. Azərbaycanın Əməkdar rəssamı İnna Kostina vətənimizin azsaylı müəlliflərindəndir ki, batikanın müxtəlif növlərinin mürəkkəb və çox zəhmət tələb edən texnikasını tam şəkildə mənimsəmişdir.
Rəssamın muzeyə hədiyyə etdiyi panno “Simurqun sirləri” (2005-ci il) adlanır. Bu əsər İ. Kostinanın son illər yaradıcılığını müşayiət edən, dəyişib müasirləşən “Simurqlar” silsiləsinə aiddir. Rəssamın muzeyə hədiyyə etdiyi “Simurqun sirləri” (2005-ci il) adlanan pannosu İ. Kostinanın faktiki olaraq son iki onillikdə yaradıcılığını müşayiət edən, dəyiş müasirləşən “Simurqlar” silsiləsinə aiddir.