Ölkəmiz Beynəlxalq Muzeylər Şurasının Baş konfransında təmsil olunur

1-7 sentyabr tarixlərində Yaponiyanın Kyoto şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş konfransı keçirilir. ICOM Azərbaycan Milli Komitəsinin nümayəndə heyəti həmin tədbirdə ölkəmizi təmsil edir.
2 sentyabr tarixində ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova konfransın “Dekorativ sənətdə mədəniyyətlərarası təsir” adlı sessiyasında “Doğan günəş diyarı və Odlar yurdu: kəsişmə nöqtələri” adlı məruzə ilə çıxış etdi. Məruzə sessiya iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Çıxışdan sonra dinləyicilər “Əjdahalı” xalçalar, onların istifadəsi və ornametlərinin semantikası haqqında suallar vermişlər.