“Nəsimi” xalçasının tarixinə səyahət
Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Milli Xalça Muzeyi sizi “Bir eksponatın tarixi” layihəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsimiyə həsr olunan “Nəsimi” xalçasının tarixinə səyahət etməyə dəvət edir. Bu səyahətdə bələdçimiz xalçanın müəllifi, şairin yeni obrazını yaratmış Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə olacaq.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Milli Xalça Muzeyi
5 oktyabr 2019-cu il, saat 14:00
Giriş sərbəstdir