Azərbaycan Milli Xalça Muzeyində keçirilən “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı beynəlxalq konfransa qatılan xarici mütəxəssislər muzeyin eksponatları ilə tanış olublar

Azərbaycan Milli Xalça Muzeyində keçirilən “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı beynəlxalq konfransa qatılan xarici mütəxəssislər muzeyin eksponatları ilə tanış olublar. Qonaqlara zəngin milli irsimiz sayılan Azərbaycan xalçalarının tarixi, xalçaçılıq məktəbləri, eləcə də muzeyin yaranması və fəaliyyəti barədə geniş məlumat verilib. Xalçalarımızdakı ornamentlərin semantik mənası, Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi, xalça məmulatları, milli tikmə və geyim nümunələri ilə bağlı qeyd edilənlər ziyarətçilərdə böyük maraq doğurub. Onlara Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizin ilk inklüziv muzeyi kimi fəaliyyəti barədə də məlumat verilib. Sonra qonaqlar muzeyin Zərgərlik fondunda nümayiş etdirilən zinət əşyaları ilə tanış olublar.
Daha sonra xarici mütəxəssislərə xalça toxuma texnologiyasına, xalça eskizləri və onların xüsusiyyətlərinə və çətən istehsalına dair ustad dərslər keçilib