Azərbaycan Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitabın təqdimatı

Dəyərli dostlar, hər birinizi noyabrın 22-də saat 19.00-da Bakı Kitab Mərkəzində keçiriləcək “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasiminə dəvət edirik.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş fundamental nəşrin müəllifləri çıxış edəcəklər. Onlar kitabın hər bir hissəsi haqqında ətraflı məlumat verəcəklər.
Sonra Azərbaycan Musiqili Komediya Teatrının müğənniləri Nərgiz Kərimova və Fərid Əliyev “Arşın mal alan” operettasından ariya ifa edəcəklər.
Təqdimat mərasimində qonaqlara maraqlı suallar veriləcək və düzgün cavabı bilən şəxslər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Tədbirdə muzeyin nəşrləri, Ənənəvi texnologiya şöbəsinin toxucularının əl işləri təqdim ediləcək. Eyni zamanda, qonaqların iştirakı ilə xalça kəsimi mərasimi olacaq. Muzeyin Uşaq şöbəsinin əməkdaşları isə xovsuz xalça növü olan zilinin toxunması üzrə və digər ustad dərslər keçəcəklər.