“Ənənəvi geyimlərin müasir modada interpretasiyası”
Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Milli Xalça Muzeyi sizi sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın “Ənənəvi geyimlərin müasir modada interpretasiyası” mühazirəsini dinləməyə dəvət edir. Mühazirədə XX əsrdə ənənəvi geyimlərin dünya, o cümlədən Azərbaycanın geyim dizaynına, dəbinə təsirindən bəhs ediləcək.
Mühazirə ilə yanaşı, “Zamanın qanadlarında: ənənədən müasirliyə” adlı geyim kolleksiyasının nümayişi də keçiriləcəkdir. Kolleksiya Azərbaycan Dövlət və Mədəniyyət Universitetininin Rəssamlıq fakultəsinin “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aysel Əzizovanın rəhbərliyi ilə Geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələr tərəfindən hazırlanmışdır. Təqdim olunacaq nümunələr milli geyim motivlərimizin müasir dəb tendensiyalarına inteqrasiyasını əks etdirir.
Mühazirə Azərbaycan dilində aparılacaq
Azərbaycan Milli Xalça Muzeyi
30 noyabr 2019-cu il, saat 14:00
Giriş sərbəstdir