Milli İncəsənət Muzeyində öz işinə başlayan “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminara qatılan xarici ölkə nümayəndələri dünən Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.
Noyabrın 25-də MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində öz işinə başlayan “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminara qatılan xarici ölkə nümayəndələri dünən Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər. Qonaqlara zəngin milli irsimiz sayılan Azərbaycan xalçalarının tarixi, xalça sənəti, eləcə də muzeyin yaranması və fəaliyyəti, xalçalarımızdakı ornamentlərin semantik mənası barədə geniş məlumat verilib. Onlar xalça məmulatları, milli tikmə və geyim nümunələri ilə də tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin inklüziv muzey kimi fəaliyyəti qonaqlarda böyük maraq doğurub.