Çinin milli geyimləri, rəssamlıq sənəti, kalliqrafiya və Pekin operası barədə maraqlı məlumatlar
Dəyərli dostlar!
Çinin milli geyimləri, rəssamlıq sənəti, kalliqrafiya və Pekin operası barədə maraqlı məlumatlar əldə etmək istəyirsinizmi? Siz Azərbaycan Milli Xalça Muzeyində keçiriləcək Çin incəsənətinə həsr olunmuş mühazirəyə qatılmaqla bu şansı qazana bilərsiniz.
Bakıdakı Konfutsi İnstitutunun müəllimləri Chen Xiaozhen, Sun Mengxin, Chang Sirong və Jiang Heng tərəfindən keçiriləcək mühazirə ingilis dilindən Azərbaycan dilinə sinxron tərcümə olunacaq.
Azərbaycan Milli Xalça Muzeyi
11 yanvar 2020-ci il, saat 14:00
Giriş sərbəstdir