Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

Azərbaycanın azadlığı, suverenliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsindən 30 il ötür. Bu Ümumxalq Hüzn Günündə Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşları Şəhidlər Xiyabanına ​ ​ gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.