“Azərbaycan xalçası və Kubra Əliyeva”
Dəyərli dostlar!
Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçası və Kubra Əliyeva” mövzusunda mühazirə təşkil olunacaq. Azərbaycanın xovsuz xalçaları, Qarabağ və XVI–XVII əsrlərə aid Təbriz xalçaları, ornamentlər, xalçaçılıqla bağlı terminlər və s. barədə maraqlı məlumatlar dinləmək, illərlə çəkilən böyük zəhmət hesabına toplanan faktlarla tanış olmaq istəyirsinizsə, bu tədbirə mütləq qatılın. Çünki qeyd olunan mövzuları əhatə edən məruzə ilə həyatını bu sənətə həsr etmiş, milli irsimizin yorulmaz tədqiqatçısı və təbliğatçısı Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kubra Əliyeva özü çıxış edəcək.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Milli Xalça Muzeyi
25 yanvar 2020-ci il, saat 14:00
Giriş sərbəstdir