Azərbaycan Milli Xalça Muzeyi sizi “Afaq Kərimova yaradıcılığında süjetli xalçalar” mühazirəsini dinləməyə dəvət edir.

Dəyərli dostlar!
Azərbaycan Milli Xalça Muzeyi sizi “Afaq Kərimova yaradıcılığında süjetli xalçalar” mühazirəsini dinləməyə dəvət edir.
Mühazirədə Azərbaycan mədəniyyət tarixində xüsusi yeri olan şəxsiyyətlərə həsr olunmuş süjetli xalçaların müəllifi, xalçaçı-rəssam Afaq Kərimovanı dinləmək imkanı qazanacaqsınız. Onun müxtəlif dövrlərdə yaratdığı “Dədə-Qorqud”, “Nizami”, “Məhsəti Gəncəvi”, “Füzuli-500”, “Vazeh”, “Hüseyn Cavid”, “Sənsiz”, “Natəvan”, “Səməd Vurgun”, “60-cılar”, “Ziyalı” və digər süjetli xalçaları barədə maraqlı məlumatlar əldə edəcəksiniz.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Milli Xalça Muzeyi
8 fevral 2020-ci il, saat 14:00
Giriş sərbəstdir.